“Böyük Dəbilqə”dən növbəti medal gəldi

boyuk-debilqeden-novbeti-medal-geldi
Oxunma sayı: 1478

Azərbaycanın daha bir cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Y. Nəcəfov 3-cü yer uğrunda görüşdə Villian Limanı (Braziliya) məğlub edib.

Qeyd edək ki, turnirdə Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb. Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda görüşdə rəqiblərinə məğlub olublar.