bp “Şəfəq” layihəsi üzrə iş proqramı çərçivəsində “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki bp bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.
Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:
“JW MARRIOTT ABSHERON BAKU” mehmanxanası
(Azadlıq meydanı 674, Bakı, Azərbaycan, AZ1010),
“Hövsan” zalı,
6 mart 2024-cü il
10:00 - 12:00
Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.
19 fevral 2024-cü il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə variantının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün müxtəlif ünvanlarda yerləşdirilib.
Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) bp-nin vebsaytında da yerləşdirilib.
bp bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində, www.bp.com/az_az/azerbaijan/home vebsaytına daxil olmaqla və ya [email protected] elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər.
Əlavə məlumat üçün bp-nin hökumətlə əlaqələr üzrə müşaviri Qivami Rəhimli ilə əlaqə saxlaya bilərsiniz:
E-poçt: [email protected]
Tel.: (012) 525 6000 və ya (055) 212 68 52