Dünyaşöhrətli müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “TMZ” məlumat yayıb.
Hadisə martın 4-də axşam saatlarında baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobili Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi Ventura Dairəsinin Şerif Departamenti tərəfindən araşdırılıb və səhər saat 6:00-da Spirs sərbəst buraxılıb.
Qeyd olunur ki, müğənni mayın 4-də məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, müğənninin ötən ilin oktyabr ayında da sərxoş vəziyyətdə maşın idarə etməsi ilə bağlı xəbərlər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər