AZAL Bakıdan İğdıra reyslər təşkil etdi

azal-bakidan-igdira-reysler-teskil-etdi
Oxunma sayı: 1147

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.