Dron hücumunda xəsarət alanlardan üçü evə buraxıldı

dron-hucumunda-xesaret-alanlardan-ucu-eve-buraxildi
Oxunma sayı: 622

İranın Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.

Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.