BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini bildirdi

bmt-numayendeliyi-azerbaycanla-hemreyliyini-bildirdi
Oxunma sayı: 463

BMT-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesablarında İranın Naxçıvana dron hücumları ilə bağlı paylaşım edilib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Düşüncələrimiz bu gün dron hücumları nəticəsində zərər çəkmiş Naxçıvan Muxtar Respublikasının sakinləri ilədir. BMT-nin Azərbaycandakı komandası xəsarət alan dörd nəfərə tezliklə sağalmalarını arzulayır”.