Rüstəm İbrahimbəyovdan daha bir missiya

rustem-ibrahimbeyovdan-daha-bir-missiya-
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, iyulun 10-dan Sankt-Peterburqda başlayan II Sankt-Peterburq Beynəlxalq Kinoforumun "Best of the best" proqramının münsiflər heyətinə R. İbrahimbəyov sədrlik edir. Beynəlxalq kinoforum sabah başa çatacaq. Həmyerlimizin rəhbərlik etdiyi münsiflər heyətinə 10 film təqdim olunub. Bu müddətdə həmin filmlər dəyərləndiriləcək və müvafiq qiymət veriləcəkö.

Qeyd edək ki, bu Proqramın adını Kinoforumun prezidenti Aleksey German və Svetlana Karmalita düşünüblər. Filmlərin seçim konsepsiyası müxtəlif dünya festivallarında nümayiş olunan ən yaxşısını göstərməkdir. İlk dəfə olaraq festival praktikasında sadəcə populyar filmlər deyil, məhz böyük müsabiqələrdə mükafatlar almış filmlər də münsiflərə təqdim olunub. Proqramın münsiflər heytəni Rusiya mədəniyyətinin elitası - "Uolt Disney MDB" şirkətinin baş direktoru Marina Jiqalova-Ozkan, rəssam Vadim Zaxarov, RF-ın əməkdar məşqçisi Tatyana Tarasova, "Toronto Russian Film Festival"ın prezidenti Valeriy Koqan və telejurnalist Svetlana Sorokina da daxildir.