BŞTİ-də yeni kadr təyinatı

bsti-de-yeni-kadr-teyinati
Oxunma sayı: 2876

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər T. Məcidli Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.