“Almaniyanın keçmiş kansleri Angela Merkelin prezidentliyə mümkün namizədliyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasətçinin sözçüsü “Tagesspiegel”ə bildirib.
“Bu absurddur”, - o qeyd edib.
Qeyd edək ki, Almaniyanın “Bild” tabloidi Almaniya Xristian Demokrat İttifaqının (CDU) rəhbərliyindəki anonim mənbəyə istinadən “Yaşıllar Partiyası”nın 2027-ci ildə keçiriləcək federal prezident seçkilərində 71 yaşlı Merkeli namizəd kimi nəzərdən keçirdiyini yazıb.
Mənbənin sözlərinə görə, Merkelin namizədliyi ilə bağlı şayiələr partiya daxilində, xüsusən də onun lideri Fridrix Mertsdə narahatlıq yaradıb.
Son xəbərlər
Son Xəbərlər