Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

bu-avtobus-marsrutlari-musabiqeye-cixarilir
Oxunma sayı: 2504

Paytaxtın 12 və 60 nömrəli şəhərdaxili, 168 nömrəli şəhərətrafı, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Oğuz, Sumqayıt-Qusar şəhərlərarası, eləcə də Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarılır.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Göyçay və Bakı-Kürdəmir istiqamətlərində 4 Lot üzrə fevralın 6-da, Bakı-Zaqatala və Sumqayıt-Qusar istiqamətlərində 4 Lot üzrə fevralın 9-da, Bakı-Mingəçevir, Bakı-Zaqatala və Bakı-Oğuz istiqamətlərində 3 Lot üzrə fevralın 13-də, Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi, eləcə də paytaxtın 12, 60 və 168 nömrəli müntəzəm avtobus marşrutları üzrə 5 Lotda fevralın 16-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.