Bu avtobuslarda da ödəniş nağdsız qaydada həyata keçiriləcək

bu-avtobuslarda-da-odenis-nagdsiz-qaydada-heyata-kecirilecek
Oxunma sayı: 3968

Dekabrın 24-dən 108A nömrəli müntəzəm marşrut üzrə sərnişindaşıma müasir tələblərə cavab verən avtobuslarla həyata keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”ya bildirilib ki, “Azadlıq prospekti” metrostansiyası - Fatmayı bağları marşrutu üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Belə ki, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 108A nömrəli avtobus marşrutu müsabiqəyə təqdim edilib. Keçirilən müsabiqədə "Bakubus" MMC qalib elan edilib və xəttin istismarı həmin daşıyıcıya həvalə olunub.