Bu barədə yalan məlumat verənlər 5 min cərimələnəcək

bu-barede-yalan-melumat-verenler-5-min-cerimelenecek
Oxunma sayı: 698

Kolların kəsilməsi ilə bağlı yalan məlumat verənlərə cərimə tətbiq ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.

Nuranə Daxilqızı