“Bu, daşıyıcılar üçün maliyyə yükünü azaldacaq”

bu-dasiyicilar-ucun-maliyye-yukunu-azaldacaq
Oxunma sayı: 1128

“Əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, o zaman bank kreditlərinə müraciət edə biləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, artıq dövlət həmin kreditlər üçün subsidiya və zəmanət mexanizmləri təqdim edəcək: “Bu, daşıyıcılar üçün maliyyə yükünü azaldacaq və avtobus parkını yeniləməyi daha əlçatan edəcək”.

Gülnar Əliyeva