Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti dəfə mübadiləsini həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Xüsusi hərbi əməliyyat” üzrə parlament əlaqələndirmə qrupunun üzvü Şamsail Saraliyev RBC-yə bildirib.
O, Rusiyanın 252, Ukraynanın isə 23 hərbçinin meyitini təhvil verdiyini qeyd edib.
Saraliyevin sözlərinə görə, mübadilə Belarus-Ukrayna sərhədindəki “Novaya Quta” keçid məntəqəsində baş tutub.
Son xəbərlər
Son Xəbərlər