Belçikanın Jenap şəhərindəki “Napoleonun son qərargahı” muzeyi qarət edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.
Məlumata görə, iki cinayətkar binaya pəncərədən daxil olub. Onlar kolleksiyadakı əşyalar, o cümlədən tarixən Napoleonla bağlı olan beş brilyantla bəzədilmiş 18 karatlıq qızıl üzük oğurlanıb. Bu üzüyün 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə imperatorun məğlubiyyətindən sonra tapıldığı bildirilir.
Oğurluq faktı ilə bağlı polisə məlumat verilib. Valon Brabant prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər