Bu don hansı rəngdədir?- - Dünya müzakirə edir+Fotolar

bu-don-hansi-rengdedir-
Oxunma sayı: 12641


“Qafqazinfo”nun gazeta.ru-ya istinadən məlumatına görə, səhər saatlarında BuzzFeed portalı tərəfindən internetə yerləşdirilən qəribə donun fotosu günün əsas mövzusuna çevrilib. 

“Oğlanlar, mənə kömək edin. Paltar ağ-qızılı yoxsa, göy-qara rəngdədir?! Mən və dostlarım bununla bağlı heç cür ortaq məxrəcə gələ bilmirik, ağlımızı itirmək həddindəyik” - deyə Caitlin McNeill adlı istifadəçi şəklə şərh yazaraq paylaşıb. 

Elə bundan sonra milyonlarla insan eyni sualı bir-birinə verməyə başlayıblar. Bir qisim insan paltarın rənginin qara xətli tünd göy rəngdə olduğunu desə də, digərləri donun qızılı rəngli “krujeva”lı ağ olduğunda inad edirlər. 

Digər qrup isə paltarın xamelion effekti variantı üzərində dayanır, yəni, paltar rəng dəyişir. 

Bu rəng sorğusunda məşhurların da fikri soruşulub. Cimmi Fellon, Culiana Mur onun ağ-qızılı, Teylor Svift, Ceyms Franko, Kanye Uest isə göy-qara olduğunu bildirirlər. 

Mütəxəssislər isə məsələni belə izah edirlər:

“Əgər insan bu paltara parlaq işıqda baxarsa onu ağ-qızılı, sonradan 1 saatlıq qaranlıq otağa keçib parlaq işığa qayıdarsa göy-qara görəcək. Rəng onun üçün dəyişəcək, hər şey bu qədər sadədir”.