“Bu, dünyanı qeyri-müəyyən və qeyri-sabit gələcəyə doğru sövq edir”

bu-dunyani-qeyri-mueyyen-ve-qeyri-sabit-geleceye-dogru-sovq-edir
Oxunma sayı: 1746

“Amerikanın Venesueladakı hərbi əməliyyatı təhlükəli və dəhşətli presedent yaradır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, ölkə hökuməti Venesuela lideri Nikolas Maduronun hökumətini heç vaxt tanımayıb, çünki o, qaydaları pozub və onun seçilməsi qeyri-legitim olub.

Siyasətçi əlavə edib ki, Venesueladakı əməliyyat dünyanı qeyri-müəyyən və qeyri-sabit gələcəyə doğru sövq edir.