Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Yeni il şənlikləri baş tutub.
“Qafqazinfo” xəbər verir ki, paytaxt sakinləri və şəhərə gələn qonaqlar atəşfəşanlığa tamaşa etmək, mərkəzdə bayram ab-havasını hiss etmək üçün küçələrə axışıblar.
Həmçinin oxuyun: Жители Баку посмотрели на салют, поднявшись на крышу ресторана - Видео
Bununla bağlı videolar sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, “Tarqovu”da (Nizami küçəsi) insanlar hərəkət etməkdə çətinlik çəkib. Bundan əlavə, tədbirlərdən sonra evinə qayıtmaq istəyən vətəndaşlar “Sahil” metrosunun qarşısında toplaşıb. Videolardan izdiham zamanı uşaqların çətin vəziyyətə düşməsi, insanlar arasında gərginlik yaşanması görünür.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər