Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq

bu-gun-3-gulescimiz-dc-de-mubarizeye-baslayacaq
Oxunma sayı: 325

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədov təsnifat mərhələsində yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq.

Sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) Tairbek Jumaşbeklə (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə Aleksandr Quştinlə (Belarus) üz-üzə gələcək.
DÇ noyabrın 1-də yekunlaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıblar.