Azərbaycan cüdoçusu gümüş medal qazandı - Yenilənib

azerbaycan-cudocusu-gumus-medal-qazandi
Oxunma sayı: 2670

Türkiyənin Antalya şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz bu gün iki çəki dərəcəsində güclərini sınayacaqlar.

73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk rəqibi Joao Fernando (Portuqaliya) olacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.

***

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Adil Osmanova uduzub.

Bununla da milli komanda yarışda ilk medalını əldə edib.