Bu gün Hüseyn Axundovun “məhkəmə”si keçiriləcək

bu-gun-huseyn-axundovun-mehkemesi-kecirilecek
Oxunma sayı: 2364

Bu gün Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundovun “məhkəmə”si keçiriləcək.

“Qafqazinfo” “Aravot” portalına istinadən xəbər verir ki, proses Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Napoleon Ohanyanın sədrliyi ilə baş tutacaq. İlkin məlumata görə, “proses” açıq şəkildə keçiriləcək. 

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.