Bu gün Premyer Liqanın III turunda daha 2 görüş keçiriləcək

bu-gun-premyer-liqanin-iii-turunda-daha-2-gorus-kecirilecek
Oxunma sayı: 635

Hazırda 6 xalla turnir cədvəlinə başçılıq edən “Xəzər Lənkəran” klubu öz meydanında Tovuzun “Turan” klubunu qəbul edəcək. Premyer Liqanın iki turunu qələbə ilə başa vuran Lənkəran təmsilçisi bu görüşdə də qalib gəlməklə liderliyini möhkəmlətmək niyyətindədir.
Lakin bu heç də asan görünmür. Çünki son turda əzəli rəqibi “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən “Turan” bu qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaq.

Əsgər Abdullayevin komandasını bu oyunda bir xal da qane edir. “Xəzər Lənkəran”ın isə yalnız qələbəyə oynayacağını nəzərə alsaq bu oyunun maraqlı keçəcəyini söyləmək olar.
Günün digər qarşılaşmasında isə “İnter” və “Bakı” klubları üz-üzə gələcək. Paytaxt derbisində “İnter”in şansları daha yüksək qiymətləndirilir. Son turda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan “bankirlər” bu məğlubiyyəti unutdurmağa çalışacaqlar.
Lakin son iki turda qələbəyə həsrət qalan “Bakı” da 3 xal arzusundadır. Aleksandr Starkovun komandası Premyer Liqada ilk qələbəsini qazanmaqla iddialılar sırasına qoşulmaq niyyətindədir. Bu baxımdan “İnter”lə oyun “Bakı” üçün də mühüm əhəmiyyət kəsb edir.

20 avqust (şənbə)

Premyer Liqada III turun oyunları

19:30. "Xəzər Lənkəran" - "Turan"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Akif Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu.
21:00. "İnter" - "Bakı"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Kərim Ağayev
"Şəfa" stadionu.