“Bu həm mənim, həm də ABŞ liderinin səhvi olar” - Putin

bu-hem-menim-hem-de-abs-liderinin-sehvi-olar
Oxunma sayı: 3727

“Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqsız yanaşmaq səhv addım olar”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Coğrafiya Cəmiyyətinin konqresində çıxışı zamanı deyib.

O bildirib ki, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır:

“Buna yüngül yanaşmaq və gözlənilən nəticələr olmadan getmək həm mənim, həm də Amerika prezidentinin səhvi olar”.

Qeyd edək ki, oktyabrın 22-də Donald Tramp Vladimir Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv edildiyini açıqlayıb.  Bununla belə Tramp Putinlə gələcəkdə görüşün mümkünlüyünü də istisna etməyib.