"Qafqazinfo" xəbər verir ki, bu barədə movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Dispetçer Xidmətindən məlumat verilib. Hərəkəti dayandırılan 14, 32, 25, 90, 53,188 xətlərdə hərəkət edən avtobuslardır. 194 saylı marşrut xətti isə I Avropa Oyunları ilə əlaqədar qısaldılıb.
"Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətindən bu gündən 14 saylı xətt ləğv olunsa da, 24 saylı avtobus xətti 14 saylı avtobusun son dayanacağınadək uzadılıb. Digər xətlərdə isə avtobusun şəhərin mərkəzinə girişi dayandırılıb. Onların hər biri üzrə alternativ xətlərdən istifadə imkanı var.
***
"Qafqazinfo" xəbər verir ki, 95 saylı marşrut xəttində də dəyişiklik olub. Həzi Aslanov metrosundan Füzuli Meydanına qədər gedən marşrutun hazırda son dayanacağı Xətai metrosudur.
Son xəbərlər
Son Xəbərlər