Bu ölkə Moralesə siyasi sığınacaq verdi - Fotolar

bu-olke-moralese-siyasi-siginacaq-verdi
Oxunma sayı: 4230

Boliviyanın sabiq prezidenti Evo Morales Meksikadan siyasi sığınacaq alıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Moralesin olduğu təyyarə 2 saat ləngimə ilə Meksikaya çatıb. Buna səbəb marşrutun Paraqvay üzərindən gerçəkləşməsi üçün uçuşa razılıq alınması olub. Meksika Xarici İşlər naziri Maselo Ebrardın sözlərinə görə, Paraqvay hökuməti ilə danışıqlarda Argentina prezidenti də iştirak edib. Bundan başqa, Braziliya və Ekvador hökumətinin də razılığı alınıb.

Moralesi hava limanında Ebrard özü qarşılayıb. Keçmiş prezidentin yanında sabiq vitse-prezident də olub.