Bu ölkədə Rusiya nömrəli avtomobillərdən istifadə qadağan edildi

bu-olkede-rusiya-nomreli-avtomobillerden-istifade-qadagan-edildi
Oxunma sayı: 2628

Litvada diplomatik avtomobillər və ölkə üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Litva Gömrük İdarəsi açıqlama verib.

Açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.