Bu ölkənin Baş naziri 4 ildir telefon işlətmir

bu-olkenin-bas-naziri-4-ildir-telefon-isletmir
Oxunma sayı: 3625

Slovakiyanın Baş naziri Robert Fiko dörd ildir ki, mobil telefon işlətmir və öz həmkarlarına ondan nümunə götürməyi tövsiyə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir “Hlavne spravy” nəşrinə müsahibəsində deyib:

“Dörd ildir ki, mobil telefonsuz işləyirəm, həqiqətən, böyütmürəm. Məndə telefon yoxdur. Mən ünsiyyət mexanizmi yaratmışam ki, bu da məni tapmağa ehtiyacı olan hər kəsə 5 dəqiqə ərzində bunu etməyə imkan verir”.