“Bu prosesdə özəl sektorun iştirakına şərait yaradılsın”

bu-prosesde-ozel-sektorun-istirakina-serait-yaradilsin
Oxunma sayı: 1081

“Təklif edirəm ki, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiya prosesində özəl sektorun iştirakına şərait yaradılsın”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev Milli Məclisdə keçirilən dinləmədə bildirib.

Deputat qeyd edib ki, belə təcrübə bu gün dünyada uğurla sınaqdan keçirilir: “Düşünürəm ki, bu, həm dövlətə kömək və dövlət yükünün azaldılmasına, həm də prosesin sürətlənməsinə və məntiqlə, bizi gözləyən çətinliklərin daha operativ həllinə şərait yaratmış olar”.

Zaur Mirzə