Bu şəxslərə verilən təqaüd 100 manat oldu

bu-sexslere-verilen-teqaud-100-manat-oldu
Oxunma sayı: 17693

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən Prezident təqaüdü artırılıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat müəyyən edilib.

Qeyd edək ki, bu məbləğ indiyədək 80 manat idi.