Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verəcəyini və oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürəcəyini açıqlayıb.
“Qafqazinfo”, xəbər verir ki, o, “Pink TV”yə açıqlamasında sentyabrın 27-də prezidentlikdən istefa verəcəyini bildirib.
“Sizə bildirmək istəyirəm ki, sentyabrın 27-də prezidentlik vəzifəsindən istefa verəcəyəm. Həmin axşam xalqa müraciət edəcək və göstərdikləri dəstəyə görə insanlara təşəkkürümü bildirəcəyəm”, – deyə Vuçiç qeyd edib.
Qeyd edək ki, dünən Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. Ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib.
Son xəbərlər
Son Xəbərlər