Bu yoldan istifadə edən sürücülərin nəzərinə!

bu-yoldan-istifade-eden-suruculerin-nezerine
Oxunma sayı: 1516

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, yolun 72.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq:

“Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”.