Budəfəki festival bir başqa olacaq - Video

budefeki-festival-bir-basqa-olacaq
Oxunma sayı: 370

Sentyabrın 19-20-də Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalında izləyiciləri maraqlıkonsert və əyləncə proqramı gözləyir.

“Qafqazinfo” xəbər verir ki, festivalın konsert proqramına daha bir neçə məşhur müğənninin çıxışı əlavə olunub.

Ziyarətçilər sentyabrın 19-da sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışlarını izləyə biləcəklər.

Sentyabrın 20-də isə festivalın səhnəsində Avroviziya təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamo çıxış edəcəklər.

Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, maraqlı əyləncə proqramını izləyəcəklər.

Hər iki günün əyləncə proqramına müxtəlif müsabiqə və viktorinalar da daxildir.

Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.

Artıq 5-ci dəfə təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində keçiriləcək festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.

Festivala giriş üçün biletləri  iTicket.az saytı vasitəsilə əldə etmək mümkündür.

Ziyarətçilərin Şamaxıda keçiriləcək festivala rahat gediş-gəlişi üçün Bakı şəhərində, Heydər Əliyev Mərkəzinin yaxınlığından festival ərazisinə gediş və geri dönüş üçün transfer təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından saat 11:30-da yola düşəcək.

Yenilənən məlumatlar üçün linkə keçid edin: