Bu gün bəzi sosial şəbəkə səhifələrində “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun bardürə çıxmasına dair görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərlə birgə paylaşılan məlumatda avtobusun tıxacdan yayınmaq üçün manevr etdiyi iddia edilib.
“Xaliq Faiqoğlu” şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil və görüntülər 2 ay əvvələ aiddir.
“Qeyd edilən hadisə bir neçə ay əvvəl olub, həmin vaxt yolun sürüşkən olması nəticəsində avtobus bardürə toxunaraq idarəetmədən çıxıb. Hadisənin tıxacla və ya yeni dərs ili ilə hər hansı əlaqəsi yoxdur”, - məlumatda vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər