Bülbüloğlu ilə Rudenko sərhəddəki vəziyyəti müzakirə etdi

bulbuloglu-ile-rudenko-serheddeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 2945

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Görüş iyulun 16-da keçirilib.

“Azərbaycan-Ermənistan sərhədində cari vəziyyət də daxil olmaqla, ikitərəfli münasibətlərin və regional təhlükəsizliyin aktual məsələləri müzakirə olunub”, - nazirlikdə qeyd ediblər.

Bildirilir ki, tərəflər yeni növ koronavirus infeksiyasına və onun nəticələrinə qarşı mübarizə problematikası üzrə sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsi, həmçinin iki ölkə vətəndaşlarının vətənə qayıtmasına yardım etmək üçün qarşılıqlı münasibətləri təsdiqləyiblər.

Rudenko və Bülbüloğlu müxtəlif sahələrdə postkoronavirus dövrü üzrə əməkdaşlıq planlarını da nəzərdən keçiriblər.