ABŞ Prezidenti Donald Tramp benzinin qiymətlərinin artması ilə bağlı narahat olmadığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə ABŞ-İsrail və İran münaqişəsindən, həmçinin benzinin qiymətlərinin artmasından danışıb.
“Bu, 47 ildir edilməsi lazım olan işin qısa sınağıdır. Bunu icra etmək 47 ilimizi aldı. Heç bir prezident buna cəsarət etmədi. Donanmalarını məhv etmişik, indi dənizin dibindədir. Öz seçimlər idi”, - qeyd edib.
O, neft qiymətlərinin yüksələcəyini gözlədiyini, həm də çox sürətlə yenidən düşəcəyini iddia edib:
“Etdiyimiz şey təkcə ölkəmiz, İsrail və Yaxın Şərq üçün yox, eləcə də bütün dünya üçün möhtəşəm addımdır. Neft ehtiyatlarımız kifayət qədərdir. Bu vəziyyət çox tez düzələcək”.
Tramp eyni zamanda İranın Minab şəhərində qızlar məktəbinə edilən, 153 şagird və müəllimin ölümünə səbəb olan hücumu belə dəyərləndirib:
“Bunu biz etməmişik, xeyr. Gördüklərimə əsasən bunu İran özü edib”.


Son xəbərlər
Son Xəbərlər