- Müsavat Partiyasının qurultayından və rəhbərliyindən narazı olanların yaratdığı hərəkatın Müsavat Partiyasına nə dərəcədə aidiyyatı var?
- Yeni hərəkatın Müsavat partiyasına elə də aidiyyatı yoxdur. Həm də bəyənnaməyə imza atanların hamısı Müsavat Partiyasının üzvü deyil. Bu ictimai hərəkatdır. Müsavat Partiyasının üzvü olanlar da fəaliyyətlərini həm də orada davam etdirirlər.
- Yeni hərəkat Müsavat rəhbərliyinə qarşı olan İşçi Qrupunda müzakirə edilib axı...
- Ola bilər İşçi Qrupununda müzakirə edilib. Amma bunun Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Siz aidiyyat deyəndə nəyi nəzərdə tutursunuz, o mənə aydın deyil.
- İşçi Qrupunda Müsavat Partiyasının rəhbərliyinə qarşı hansısa fraksiyanın yaradılmasını gözlənilirdi.
- Sizin gözləntiniz çox şey ola bilər. Məqsəd təşkilatın bəyannaməsində bildirilib. Mövqe və istəklər açıqlanıb.
- Bu bizim gözləntimiz deyil. İşçi Qrupun o məqsədlə yaradıldığı elan edilmişdi.
- İşçi Qrupda müəyyən məsələlər müzakirə edilib. Ola bilər hərəkat məsələsi haqda da danışılıb. Bu mənada hansısa bir şəkildə İşçi Qrupuna da dəxli var. Siz nə cavab almaq istəyirsiniz?
- Müsavat Partiyasının rəhbərliyindən narazı olanların yaratdığı İşçi Qrupun yaratdığı hərəkatın onların elan etdikləri məqsədlərinə nə qədər yaxın olduğunu bilmək istəyirik. İşçi Qrup ədalətin bərpa olunmasını, pozuntulara yol verənlərin cəzalandırılmasını istəyirdi. İndi yaradılan hərəkat tamam fərlqi sferadadır.
- Hərəkat bəyannamədə öz niyyətini açıq elan edib. Bu hərəkatın Müsavat partiyasına heç bir aidiyyatı yoxdur. Müsavat partiyadır, bu isə ictimai birlik.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər