Türkiyəli müğənni və aktyor Əmrə Altuğ jurnalist Fatih Altaylının proqramında keçmiş həyat yoldaşı Çağla Şikellə bağlı diqqətçəkən açıqlamalar verib.
“Qafqazinfo” xəbər verir ki, 2008-2015-ci illərdə evli olan cütlüyün münasibətlərindən danışan Altuğ evlilik təklifini qeyri-adi və emosional bir məkanda etdiyini ilk dəfə açıqlayıb.
O bildirib ki, Çağla Şikelin atasının vəfatının ildönümündə birlikdə qəbiristanlığa gediblər və həmin an ona üzük təqdim edib.
Əmrə Altuğun sözlərinə görə, o, əvvəllər zarafatla “atandan səni istəyəcəyəm” dediyini xatırladaraq həmin an evlilik təklifi edib.
Veriliş zamanı bu etiraf həm aparıcı Fatih Altaylını, həm də sosial media istifadəçilərini duyğulandırıb. Sosial şəbəkələrdə bir çox istifadəçi Altuğun jestini “romantik” və “təsirli” adlandırıb.

Son xəbərlər
Son Xəbərlər