“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video

belke-cahillik-edib-reqem-secirik
Oxunma sayı: 1842

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avrokuboklardakı 13-cü mövsümlə bağlı verilən suala münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis “13 rəqəmi sizin rəqəminizdir, lakin 13-cü avrokubok mövsümündə dayandınız. Bunu taleyin ironiyası saymaq olarmı?” sualına cavabında belə şeylərə inanmadığını vurğulayıb:

“Mən belə rəqəmlərə inanmıram. Bəlkə də hansısa rəqəmi özümüz üçün seçməklə cahillik edirik”.