Çarlzın təsviri olan əsginaslar bu tarixdə buraxılacaq

carlzin-tesviri-olan-esginaslar-bu-tarixde-buraxilacaq
Oxunma sayı: 780

Böyük Britaniya Kralı III Çarlzın təsviri olan əsginaslar 5 iyun 2024-cü ildən etibarən dövriyyəyə buraxılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya Mərkəzi Bankı bəyanat yayıb.

Bildirilib ki, yeni əsginaslar köhnələri əvəz etmək üçün çap olunacaq. Bununla yanaşı, II Elizabetin portreti olan əsginaslar da dövriyyədə qalacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Britaniya Mərkəzi Bankı III Çarlzın təsviri olan yeni əsginasların dizaynını təqdim edib. Kralın portreti 5, 10, 20 və 50 funtluq əsginaslarda görünəcək.