Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü

carpayidan-yixilan-83-yasli-kisi-oldu
Oxunma sayı: 396

Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib.

1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.