Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi

cavad-xan-neslinin-numayendesi-abs-de-vefat-etdi
Oxunma sayı: 2569

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Rza Cavadxani uzun müddətdir yaşadığı ABŞ-də dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, mərhumun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır.

Qeyd edək ki, Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi olan Rza Cavadxani 2007-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi.