Cəbhədəki uğurlardan sonra Bakı... - Fotosessiya

Cəbhədəki uğurlardan sonra Bakı...
Oxunma sayı: 28084

Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında artıq bir neçə gündür ki, üç rəngli bayraqlar dalğalanır. 

“Qafqazinfo” xəbər verir ki, əhali Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurların, bəzi ərazilərimizin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır. 

Qeyd edək ki, Milli Ordumuz Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Aşağı Əbdurrəhmanlı,Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. 

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun Bakıdakı ab-havanı əks etdirən fotolarını təqdim edirik:


























Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi