Cəbrayılda ağır qəza - 3 ölü, 3 yaralı var

cebrayilda-agir-qeza
Oxunma sayı: 4198

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Marallı kəndi ərazisində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, Aslan Qiyaslı bildirib ki, “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.