Çəkiliş zamanı başına iş gəldi - Fotolar

cekilis-zamani-basina-is-geldi
Oxunma sayı: 2665

Türkiyənin məşhur aktyoru Sinan Albayrak xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Mehmed Fetihler Sultanı” serialında Zağanos Paşa obrazını canlandıran Sinan Albayrak soyuq havada çəkilişlər zamanı hürkən atdan özünü yerə atıb.

Çəkiliş meydançasında edilən ilk müdaxilədən sonra Maslakdakı özəl xəstəxanaya aparılan aktyorun müayinə zamanı yalnız sağ biləyində qırıq olduğu öyrənilib. Onun bu gün xəstəxanadan evə buraxılacağı bildirilir.