Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində, Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəzada rayon sakinləri 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov