Cəlilabadda “bomba” həyəcanı - Məlumat yalan çıxdı

celilabadda-bomba-heyecani
Oxunma sayı: 1360

Cəlilabad rayonunun Qarazəncir kəndində bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı bu barədə FHN-nin “112” xidmətinə zəng edərək məlumat verən Cəlilabad rayonunun Sabirabad kənd sakininin ruhi xəstə olduğu müəyyən edilib.

Həmin şəxsin 10 yaşı var.
 
Qeyd edək ki, dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin “112” xidmətinə zəng edib “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib. Məlumat DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb. Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.