Cəlilabadda iki nəfər qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, gecə 4:00 radələrində rayon sakini Könül Şahmarovanın və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılıb. Hər iki meyit K.Şahmuradovanın yaşadığı evin həyətində aşkarlanıb.
Araşdırmalarla hadisəni K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədovun qətli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər