Cəlilabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza magistral yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobili ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 2 qadın və 1 kişi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, yaralananlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər