“Çelsi”nin ulduzunun dopinq qalmaqalı sona çatdı

celsinin-ulduzunun-dopinq-qalmaqali-sona-catdi
Oxunma sayı: 402

İngiltərə Futbol Assosiasiyası Londonun “Çelsi” klubunun ukraynalı futbolçusu Mixail Mudrikin dopinq işinin Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) razılığı ilə həll olunduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi bəyanatında məlumat verilib.

Məlumata görə, 2024-cü ilin 17 dekabr tarixində ukraynalı futbolçunun dopinq-testdən keçə bilmədiyi və onun qanında meldoni maddəsinin aşkarlandığı məlum olmuşdu. Avropada böyük səs-küyə səbəb olan hadisədən sonra İngiltərə Futbol Assosiasiyası Mudrikin “B” sınaq nümunəsi mənfi çıxsa belə, onun cəzalandırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.

Araşdırmalar çərçivəsində 2025-ci ilin aprelində futbolçu yalan detektorundan (poliqraf) keçirilmiş, iyulun 19-da isə onun ikinci dopinq-sınağının da müsbət nəticə verdiyi təsdiqlənmişdi. Cari ilin yanvar ayının 14-dən etibarən isə İFA rəsmi intizam araşdırmasına başlamışdı.

Qeyd edək ki, meldoni maddəsi WADA tərəfindən 2016-cı ildən etibarən qadağan olunmuş vasitələr siyahısına daxil edilib. Mixail Mudrik 2023-cü ildə “Şaxtyor”dan “Çelsi”yə transfer olunub və London klubunun heyətində keçirdiyi 73 rəsmi oyunda 10 qolla yadda qalıb.