DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı vəziyyəti açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, iş günləri ilə müqayisədə paytaxtın cəmi bir neçə əsas yolunda tıxac var.
Həmin yolların siyahısı aşağıdakı kimidir:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Zərifə Əliyeva küçəsində;
3. Neftçilər prospekti, “Park Bulvar”ın qarşısı;
4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
5. İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.